Ucarda ağır qəza - 1 nəfər öldü, 3-ü yaralandı

Ucarda ağır qəza - 1 nəfər öldü, 3-ü yaralandı

Ucarda ağır yol qəzası baş verib.

 

Sfera.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

 

Yol qəzası Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes” markalı minik maşını hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb.

 

Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb.

 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR