Tərtərdə mina partladı 

Tərtərdə mina partladı 

Tərtərdə 43 yaşlı kişi minaya düşüb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, bu gün rayonun Borsunlu kənd sakini Elnur Əsgərov kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində xəsarət alıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, Vətən Müharibəsindən sonra bu günədək Ermənistan tərəfindən minalanmış Azərbaycan ərazilərində 51 nəfər həlak olub.

 

***

 

Tərtər rayonu Borsunlu kəndində 1980-ci il təvəllüdlü Elnur Əsgərov minaya düşüb.

 

DİN-in mətbuat xidmətindən bildirilib ki, kənd sakini E.Əsgərov xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsi yoxdur.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR