Zaqatalada beşotaqlı ev yandı

Zaqatalada beşotaqlı ev yandı

Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb.

 

Sfera.az xəbər verir ki, yanğın hadisəsi bu gün axşam saat 18:40-da rayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Fatimə İsa qızı Arzumanova məxsus, ümumi sahəsi 120 kvadratmetr olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Evin yaxınlığındakı digər tikililər yanğından xilas edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır./APA


OXŞAR XƏBƏRLƏR

Tərtərdə minik avtomobili traktora çırpıldı

Tərtərdə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az  xəbər verir ki, rayonun Evoğlu kəndi ərazis...

Evində modem olanların NƏZƏRİNƏ: Dərhal bunu edin, yoxsa… – VİDEO

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ ...

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...