Cəlilabadda həyətlərində söküntü işləri aparan iki qadın XƏSARƏT ALDI
Kateqoriya məlum deyil
Cəlilabadda bədbəxt hadisə baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.
İlkin məlumata görə, həyətlərində söküntü işləri aparan iki nəfər kənd sakini, 1989-cu il təvəllüdlü Aytəkin Əliyeva və 2008-ci il təvəllüdlü Nərmin Əliyeva xəsarət alıblar.
Yaralılar rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Bizim.media)






