Naxçıvanda iki avtomobil toqquşdu: Xəsarət alan var
Kateqoriya məlum deyil
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, iki avtomobilin toqquşması bir nəfərin xəsarət almasına səbəb olub.
Hadisə zamanı 1985-ci il təvəllüdlü Culfa rayon sakini Heydərova Şəbnəm Şiraz qızı xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.






