Başqasının vəsiqəsi ilə Qarabağa keçmək istədi - FOTO

Başqasının vəsiqəsi ilə Qarabağa keçmək istədi - FOTO

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində müvafiq icazəsi olmadan işğaldan azad edilmiş əraziyə daxil olmaq istəyən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Neftçala rayon sakini Qardaş Qurbanov rayon ərazisindəki stasionar postda saxlanılıb.

 

Araşdırma zamanı Q.Qurbanovun özünə məxsus mobil telefonda işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan həmyerlisinə aid şəxsiyyət vəsiqəsinin fotosunu təqdim edərək keçmək istədiyi müəyyən edilib.

 

Onun bu əməli aşkar edildikdən sonra barəsində müvafiq qaydada protokol tərtib edilib və məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o 10 gün müddətinə inzibati qaydada həbs edilib.

 


OXŞAR XƏBƏRLƏR

Tərtərdə minik avtomobili traktora çırpıldı

Tərtərdə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az  xəbər verir ki, rayonun Evoğlu kəndi ərazis...

Evində modem olanların NƏZƏRİNƏ: Dərhal bunu edin, yoxsa… – VİDEO

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ ...

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...