Logo

Ermənistana gedən avtobus qəzaya uğradı

Ermənistana gedən avtobus qəzaya uğradı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Moskva-İrəvan marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Şimali Osetiyada yük maşını ilə toqquşub.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Qəza yerli vaxtla 04:25 radələrində baş verib. Şimali Osetya üzrə FHN-nin saytında yer alan məlumata görə, "Mercedes” markalı avtobus "Scania” markalı yük maşını ilə toqquşub. Hadisə baş verən zaman avtobusun içərisində 52 sərnişin olub.

İlkin məlumlara görə, dörd nəfər hadisə yerində keçinib.

Faktla bağlı araşdırmalar gedir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR