Logo

Köhnə uşaq xəstəxanası yandı

Köhnə uşaq xəstəxanası yandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəkidə köhnə uşaq xəstəxanası yanıb.

Sfera.az-ın məlumatına görə, hadisə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, Mirzə Fətəli Axundzadə küçəsində yerləşən və hazırda istifadə edilməyən xəstəxanada baş verib.

Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb. Yanğının ətrafda yerləşən və yaşayış olmayan digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə yerinə FHN-nin Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR