Əhalinin DİQQƏTİNƏ! 25-26 mart tarixlərində...

Əhalinin DİQQƏTİNƏ! 25-26 mart tarixlərində...

Güclü geomaqnit qasırğası müşahidə olunur.

 

Bu barədə Sfera.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

 

Bildirilib ki, hazırda Günəşdə ləkələr müşahidə olunsa da, fəallıq aşağı səviyyədədir. Hər hansı alışma, tac kütlə atılması müşahidə olunmur. Buna baxmayaraq, mövcud vəziyyət yaxın 3 gün ərzində M sinfindən olan alışmanın yarana biləcəyini istisna etmir. Günəş küləyi ilə bağlı vəziyyət isə qeyri-stabildir.

 

Bunun əsas səbəbi 20-21 mart tarixlərində DSCOVR tərəfindən qeydə alınan tac kütlə atılmasının Yerə yaxınlaşmasıdır. STEREO-A koronoqrafından alınan təsvirlərin təhlili ümumi maqnit sahəsinin intensivliyinin 22 nTl-ya, Bz komponentinin maksimal kənaraçıxmasının 17 nTl-ya bərabər olduğunu göstərir. Bu parametrlərin ölçülən ədədi qiymətləri kosmik hava şəraitində kifayət qədər güclü həyəcanlaşmadan xəbər verir. Hesabat dövründə Günəş küləyinin sürəti 450-500 km/san intervalında, maksimal həddi isə 517 km/san olub. Günəş küləyində müşahidə olunan həyəcanlaşmaların növbəti 3 gün ərzində də davam edəcəyi proqnozlaşdırılır. Belə qeyri-stabil vəziyyət bu gün Yerdə əsasən yuxarı en dairələrində G3 (Kp=7, güclü) səviyyəli geomaqnit qasırğasına səbəb olub. Ümumilikdə isə səviyyəsi G2-G3 (Kp=6-7, orta-güclü) olaraq qiymətləndirilən geomaqnit qasırğası günün sonuna nisbətən səngiyərək G1-G2 (Kp=5-6, minor-orta) səviyyəsinə düşəcək. Bu proqnoz tac kütlə atılmasının təsirinin azalması ilə əlaqələndirilir. 25 və 26 mart tarixlərində ayrı-ayrı saatlarda G1 (Kp=5, minor) səviyyəli maqnit qasırğasının müşahidə olunacağı proqnozlaşdırılır.

 

Qeyd edək ki, belə maqnit qasırğaları bizim en dairələrinə nisbətən zəifləmiş halda gəlib çatsa da, eko-, bio- və texnosistemlərə öz mənfi yan təsirlərini göstərir. Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

 

Bundan başqa, əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olacaq.


OXŞAR XƏBƏRLƏR

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...