Logo

800 min dolları gizlin keçirmək istədi

800 min dolları gizlin keçirmək istədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycandan Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi "Mercedes E Class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin "Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.

Bu barədə Qaynarinfo.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 min dollar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR