Cəlilabaddda maşın aşdı - 5 nəfər xəsarət aldı
Kateqoriya məlum deyil
Cəlilabadda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.
Sfera.az "Report"a xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərindən Privolnoye kəndinə gedən yolda qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili aşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.






