Logo

Salyanda partlayış olub: Xəsarət alan var

Salyanda partlayış olub: Xəsarət alan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Salyanın Yuxarı Noxudlu kəndində qızdırıcı cihazın partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

Sfera.az xəbər verir ki, kənd sakini, 1987-ci il təvəllüdlü Həsənov Amid Əmrah oğlu öz evinin həyətində qızdırıcı cihazla (“primus”la – red) iş görərkən cihaz partlayıb.

A.Həsənov partlayış zamanı ağır yanıq xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.//Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR