Logo

Oğul anasını ağacla döyüb xəstəxanalıq etdi 

Oğul anasını ağacla döyüb xəstəxanalıq etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Nəsimi rayonunda oğul anasını döyüb.

Sfera.az  APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.

Oğlu onu ağac budağı ilə döyüb. Qadın qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR