Logo

Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı iş adamının cənazəsi Salyana gətirildi - FOTO

Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı iş adamının cənazəsi Salyana gətirildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə zəlzələ zamanı həlak olan Azərbaycan əsilli Rusiya vətəndaşı, 1965-ci ildə Salyanın Arbatan kəndində anadan olmuş Əliyev Eldəniz Həbib oğlunun cənazəsi doğulduğu rayona gətirilib.

"Report”un məlumatına görə, mərhumun cənazəsi bu gün Arbatan kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Əliyev 40 ildən çoxdur ki, Sankt-Peterburqda yaşayıb, ticarətlə məşğul olub. İş adamı biznesi ilə əlaqədar Türkiyənin Hatay şəhərində səfərdə olarkən baş verən dağıdıcı zəlzələnin qurbanı olub.

Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı iş adamının cənazəsi Salyana gətirildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR