Logo

Dubay-Mahaçqala təyyarəsi güclü duman səbəbindən Bakıya endi

Dubay-Mahaçqala təyyarəsi güclü duman səbəbindən Bakıya endi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“flyDubai” aviaşirkətinə məxsus Dubay-Maxaçkala reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

“Qafqazinfo”ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

“Boeing 737” təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.

Hava gəmisinin sərnişinləri və heyəti hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR