Zəlzələdən sağ çıxan “möcüzələr”: 63 gündən sonra qurtuldu... - FOTOLAR

Zəlzələdən sağ çıxan “möcüzələr”: 63 gündən sonra qurtuldu... - FOTOLAR

Türkiyə və Suriyada baş verən təbii fəlakətdən artıq dörd gün keçib. Son məlumatlara görə, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873, Suriyada isə 3480 nəfərə çatıb. İnsanların dağıntılar altında nə qədər qala, yeməksiz, susuz nə qədər yaşaya biləcəyi kimi suallar isə hamını düşündürür. Hər kəs havaların soyuq keçməsini nəzərə alaraq axtarış-xilasetmə əməliyyatlarının mümkün qədər tez və təhlükəsiz şəkildə aparılacağına ümid edir. Zaman-zaman dünya bu cür hadisələrin şahidi olub, günlər sonra möcüzə kimi dağıntılar altından sağ çıxan insanlar görmüşük.

 

Sfera.az həmin hadisələrdən bir neçəsi ilə bağlı məlumatı təqdim edir.

 

Keniya – 2016-cı ildə bu ölkənin paytaxtı Nayrobi şəhərində zəlzələ baş verib. Burada azyaşlı bir qız 6 gündən sonra sağ çıxarılıb. Dağıntılar altında quru yemək və su tapmaq isə onun ən böyük şansı olub.


Haiti - 2010-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində dağıntılar altında qalan alverçi iki həftə sonra xilas edilib. Küçədə zəlzələyə yaxalanan satıcı çarəsizcə bir binaya sığınıb,  yanındakı içkilər sayəsində sağ qalmağı bacarıb, lakin bir müddət sonra onun suyu qurtarıb. Həmin şəxs ac-susuz vəziyyətdə qurtarılıb.


Nepal - 2015-ci ildə burada baş verən zəlzələdə qayaların uçması nəticəsində amerikalı turistlər mağarada qalmalı olublar. Onlar 5 gündən sonra xilas ediliblər.


Haiti - 2010-cu ildəki zəlzələdə hətta həkimləri də şoka salan hadisə baş verib. 28 gündən sonra sağ qalan şəxs bütün dünyanı təəccübləndirib.


Nepal, Katmandu zəlzələsi – Dağıntılar altından 5 gün sonra çıxarılan 15 yaşlı oğlan yanındakı yağ və paltarından damcılayan su sayəsində sağ qaldığını demişdi. Eyni zəlzələdə 5 gün sonra 11 aylıq oğlan uşağı da xilas edilib.


Tarixdə, bəlkə də, ən uzun müddətdə sağ qalan şəxs - Naqsha Bibi -  2010-cu ildə Kəşmirdə baş verən zəlzələ zamanı evinin mətbəxində tapılıb. O, 63 gün sonra dağıntılar altından çıxarılıb. İki ay boyu mətbəxindəki yeməkləri yeyən, lakin 35 kiloqrama düşən 40 yaşlı qadından yaxınları belə imtina edib. O, təsadüfi şəkildə tapılaraq qurtulub.


Türkiyədə 1999-cu ildə baş verən zəlzələdə dağıntılardan 7 gün sonra sağ çıxan bir şəxs olub - İsmayıl Çimen. Hadisədən sonra o, “möcüzə İsmayıl” ləqəbini alıb.

 

Günay Rəsulqızı

 


 


OXŞAR XƏBƏRLƏR

İstilik təchizatı sektorunda YENİLİK

2028-ci il iyulun 1-dən istilik təchizatı sektorunda qiymətlər (tariflər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəc...

Təqaüdlər və müavinətlər artırılır - Bu tarixdən...

Cənab Prezidentin imzaladığı fərmana əsasən, iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq ölkəmizdə müavinət və təqaüdlərdə artımlar reallaşacaq...

DİN-dən əhaliyə daha bir XƏBƏRDARLIQ​​​​​​​

Bank kartlarından oğurluq davam edib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib k...

"Heydər Əliyev gələndə KAMAZ şoferləri..." - Siyavuş Novruzov

"Ulu Öndər Heydər Əliyevi bəzən Atatürklə müqayisə edirlər".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar ...

“Elə fənlər var ki, onlar lazım olan bacarıqları vermir” – Nazir

“Proqramlarda elə fənlər var ki, onlar sizə lazım olan bacarıqları vermir. Bu proqramların icrası da əvvəlki illərdən bəri tətbiq olunur”.  ...

İdman üçün mükəmməl seçim: Qaçış Aparatı və Velosiped Məşq Cihazı

Qaçış aparatı, evdə məşq üçün ən populyar cihazlardan biridir. Bu, istənilən vaxt məşq etməyə imkan tanıyır, hava şəraitindən asılı olmayaraq. Aparat soyuq iqli...