Logo

Dağıntılar altından daha bir qadın sağ çıxarıldı

Dağıntılar altından daha bir qadın sağ çıxarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Qəhrəmanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Sfera.az-ın xəbərinə görə, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qalmış orta yaşlı qadını sağ çıxarıb.

Daha sonra o, aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirilir.

Qeyd edək ki, gün ərzində Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından ümumilikdə 7 nəfərin meyiti və bir neçə şəxs sağ çıxarılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR