Logo

Naftalanda ağır qəza - 5 nəfər yaralandı 

Naftalanda ağır qəza - 5 nəfər yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naftalanda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Qəza zamanı iki “VAZ" markalı minik avtomobili toqquşub. 1982-ci il təvəllüdlü Günel Mehdiyeva, 1978-ci il təvəllüdlü Səməd Muradov, 1946-cı il təvəllüdlü Nigar İmanova, 1970-ci il təvəllüdlü Gülnarə Nəsibova və 1990-cı il təvəllüdlü Minarə Nəsibova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR