Logo

Bakıda dəm qazı FACİƏSİ - ÖLƏN VAR

Bakıda dəm qazı FACİƏSİ - ÖLƏN VAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var.

Sfera.az-ın xəbərinə görə, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR