Bakıda tikinti materiallarının satışı mağazasında yanğın - Xəsarət alanlar var

Bakıda tikinti materiallarının satışı mağazasında yanğın - Xəsarət alanlar var

Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospekti, FAB mağazası yaxınlığında yerləşən tikinti materiallarının satışı mağazasında yanğınla müşahidə olunan hadisə baş verib. 

 

Bu barədə Sfera.az-a “Azəriqaz”dan bildirilib.

 

Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər.

 

Hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır. Obyektin qaz təsərrüfatı və yaxınlığında keçən kommunikasiya xətlərində təsbit işləri görülür. Həmçinin Departament rəisi qeyd edib ki,  "Azəriqaz"  İB-nin əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya dönür

AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür.   Sfera.az bu barədə "Flightrada...

Paytaxtın bu ərazisində 4 saat işıq olmayacaq

Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xət...

ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarında hava hücumu XƏBƏRDARLĞI

ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib.   Sfera.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya ...

Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib - VİDEO

Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirovun Quran dərslərinə qatılan 16 yaşlı qızı qaçırması ilə bağlı yayılan məlumatlar bir neçə gündür ict...

Tramp təcili iclas ÇAĞIRDI

ABŞ Prezidenti Donald Tramp İranın Amerika hərbi bazalarına zərbələrindən sonra ABŞ-ın ali rəhbərliyini təcili iclasa çağırıb.   Sfera.az xəbər ...

Qətər XİN: İranın təcavüzunə birbaşa cavab vermək hüququmuz var

Qətər “Sepah”ın “Əl-Üdeyd” bazasına raket hücumunu “Qətərin suverenliyinin və hava məkanının, həmçinin BMT Nizamnaməsinin pozulmas...