“Sədərək” ticarət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ
Kateqoriya məlum deyil
"Sədərək" ticarət mərkəzində baş verən yanğın söndürülüb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb. Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.






