Özünü öldürməklə təhdid edən şəxs həbs edildi 

Özünü öldürməklə təhdid edən şəxs həbs edildi 

Naxçıvanda onu saxlayan polisin qarşısında özünü öldürməklə təhdid edən şəxs həbs edilib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dekabrın 30-da şəhərin Heydər Əliyev prospektində baş verib.

 

Belə ki, ittihama əsasən, gecə saatlarında avtomaşını yüksək sürət və yüksək musiqi tonu ilə idarə edən Nadir Quliyev (adlar şərtidir) DYP inspektoru tərəfindən saxlanılıb. Məlum olub ki, Nadir dostu Malik Vəliyevlə şəhərdəki kafelərin birində yeyib-içərkən ona zəng gəlib. Danışıqdan sonra o Malikə avtomobilin lazım olduğunu, yaxın məsafədə yerləşən bir yerə gedib-gələcəyini bildirib. M.Vəliyev avtomobilin açarını Nadirə verib və sonuncu maşını sürərək gedib. Az sonra Nadir Malikə zəng edərək "sarayın diki" adlanan ərazidə DYP əməkdaşlarının maşını saxladıqlarını, cərimə meydançasına aparmaq istədiklərini deyib.

 

O, Malikdən təcili həmin əraziyə gəlməsini xahiş edib. Malik əraziyə sərxoş halda gəlib. İnspektor ona “avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmadığı üçün avtomobiliniz cərimə meydançasına aparılacaq” deyə bildirib. Bu zaman avtomobilin sahibi cibindən bıçaq çıxarıb və özünə xəsarət yetirəcəyini bildirib. Daha sonra polis əməkdaşları onu sakitləşdirib və ora Nadirin sürücülük vəsiqəsi olan bir tanışını çağırıblar. Həmin şəxs əraziyə gəlib və maşını idarə edərək sərxoş vəziyyətdə olan dostları evə aparıb.

 

M.Vəliyev həmin gecə sərbəst buraxılsa da, səhəri günü barəsində inzibati qaydada tutma protokolu tərtib olunub. İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə təqsirli bilinib. Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə M.Quliyev 20 gün müddətinə inzibati qaydada həbs edilib.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya dönür

AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür.   Sfera.az bu barədə "Flightrada...

Paytaxtın bu ərazisində 4 saat işıq olmayacaq

Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xət...

ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarında hava hücumu XƏBƏRDARLĞI

ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib.   Sfera.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya ...

Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib - VİDEO

Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirovun Quran dərslərinə qatılan 16 yaşlı qızı qaçırması ilə bağlı yayılan məlumatlar bir neçə gündür ict...

Tramp təcili iclas ÇAĞIRDI

ABŞ Prezidenti Donald Tramp İranın Amerika hərbi bazalarına zərbələrindən sonra ABŞ-ın ali rəhbərliyini təcili iclasa çağırıb.   Sfera.az xəbər ...

Qətər XİN: İranın təcavüzunə birbaşa cavab vermək hüququmuz var

Qətər “Sepah”ın “Əl-Üdeyd” bazasına raket hücumunu “Qətərin suverenliyinin və hava məkanının, həmçinin BMT Nizamnaməsinin pozulmas...