Logo

Şabranda ağır qəza - Xəsarət alanlar var

Şabranda ağır qəza - Xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Quba yolunun 120-ci km-də, Şabran rayonundan keçən hissəsində avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb.

Sfera.az report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov idarə etdiyi "Opel" markalı avtomobillə Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Gülnar Məmmədəli qızı Zeynalovanın idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov, həyat yoldaşı, 1975-ci il təvəllüdlü Samirə Şamil qızı Əliyeva və oğlu, 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Samirə Əliyevanın vəziyyəti ağır olduğundan Sumqayıt şəhərindəki xəstəxanaların birinə göndərilib.

İlkin məlumata görə, hər iki avtomobil Bakı şəhəri istiqamətinə hərəkətdə olublar.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR