BQXK: Xankəndindən Ermənistana 2 xəstə aparıldı

BQXK: Xankəndindən Ermənistana 2 xəstə aparıldı

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə Xankəndindən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.

 

Sfera.az  Report-a istinadla xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə dekabrın 25-də saat 08:30-da Edita Osipyan (kəskin diabet və ürək xəstəliyi), İrina Avetisyan (xərçəng) və onun həyat yoldaşı - Davit Avetisyan, oğlu Arthur Davidoviç Avetisyan komitənin əməkdaşlarının müşayiəti ilə 3 ədəd komitəyə məxsus minik avtomobili ilə Xankəndindən Ermənistana keçidinə və həmin gün geriyə Xankəndinə qayıtmalarına icazə verilməsi xahiş olunub.

 

Müraciətdə bildirilib ki, geri qayıdarkən yük maşını qida (uşaq qidası) və dərman/tibbi ləvazimatlar daşıyacaq. Yük Xankəndi xəstəxanasına çatdırılacaq.

 

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14 gündür davam edir.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...