Logo

Azərbaycanda ağır yol qəzası: İki azyaşlı həyatını itirdi

Azərbaycanda ağır yol qəzası: İki azyaşlı həyatını itirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəkidə ağır yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi 30-BK-823 dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarında dərəyə aşıb. Qəza zamanı sürücü xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan 2 azyaşlı isə hadisə yerində ölüb.

Qəzaya dumanlı havanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR