Logo

Bakıda baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEOLAR

Bakıda baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən iki ay ərzində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında quraşdırılmış videomüşahidə kameraları vasitəsi ilə 400-dən çox yol-nəqliyyat hadisəsi qeydiyyata alıb.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmisi Rauf Mirqulamov deyib.

Onun sözlərinə görə, bunun da böyük hissəsi maddi ziyanla və bəzən xəsarətlə nəticələnən qəzalardır:

"Aparılan müşahidələrə əsasən, hadisələrin əsas səbəbi ara məsafəsinə düzgün əməl edilməməsi, sürət həddinin aşılması, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyidir. Günün müxtəlif vaxtlarında baş vermiş qəzalar nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olaraq yollarda sıxlığa səbəb olur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücüləri yollarda son dərəcə diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır".

  •  
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR