Logo

Qəbələdəki ağır qəzada ölən şəxsin kimliyi bilindi

Qəbələdəki ağır qəzada ölən şəxsin kimliyi bilindi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qəbələ rayonu Nic qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi bilinib.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Onun sözlərinə görə, qəza nəticəsində “LADA Priora”nın sürücüsü, Nic qəsəbə sakini 22 yaşlı Anar Hüseynli aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

oxu.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR