Abşeronda 17 yaşlı oğlan intihar etdi
Kateqoriya məlum deyil
Abşeronda yeniyetmə intihar edib.
Sfera.az-ın məlumatına görə, hadisə “Gənclər şəhərciyi”ndə qeydə alınıb. 17 yaşlı İlqar Əlizadə özünü binaların birinin damından atıb. O, hadisə yerində keçinib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (APA)






