Logo

Göyçayda nasaz soba kimsəsiz qadının ölümünə səbəb oldu

Göyçayda nasaz soba kimsəsiz qadının ölümünə səbəb oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göyçayda kimsəsiz qadın dəm qazından boğularaq ölüb.

Sfera.az-ın məlumatına görə, hadisə bu gün şəhərin Sabir küçəsindəki 27 saylı ünvanda yerləşən mənzildə qeydə alınıb.

Rayon sakini 64 yaşlı Zeynalova Fatma Məhəmməd qızı qonşuda kimsəsiz yaşayan ahıl yaşlı qadın, 81 yaşlı Babayeva Fatma Seyfəddin qızını hamamda çimizdirərkən nasaz sobadan içəri daxil olan dəm qazından zəhərləniblər.

Hər iki qadın təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, 81 yaşlı Fatma Babayeva dünyasını dəyişib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR