Logo

Bakıda sabiq prokuroru avtomobil vurdu

Bakıda sabiq prokuroru avtomobil vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Sfera.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirir.(APA)
Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror vəzifəsində çalışıb. O, 2020-ci ildə təqaüdə göndərilib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR