Logo

Gəncədə kütləvi dava - 1-i güllələndi, 2-si bıçaqlandı 

Gəncədə kütləvi dava - 1-i güllələndi, 2-si bıçaqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncədə kütləvi dava olub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.

Dava zamanı bir nəfər güllənərək öldürülüb, iki nəfər bıçaqlanıb. Bıçaqlanan 1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qətlə yetirilən 1980-ci il təvəllüdlü Əli Məmmədov "Vinçester" markalı tüfənglə güllələnib.

Məlumata görə, qohumlar arasında baş verən davaya pul məsələsi səbəb olub.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub. Zəruri əməliyyat-istintaq hərəkətləri yerinə yetirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR