Goranboyda qəza - Ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.






