Logo

Yevlaxda avtomobillər toqquşub: Xəsarət alanlar var

Yevlaxda avtomobillər toqquşub: Xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yevlax rayonunun Hacıselli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sfera.az xəbər verir ki, Report.az-ın Qərb bürosunun məlumatına görə, kənd ərazisində "VAZ-21015" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində, 1968-ci il təvəllüdlü E.Mustafayev və digər avtomobildə olan 1986-cı il təvəllüdlü K.İbrahimova xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR