Logo

Qusarda ağır yol qəzası: Ölən və yaralanan var

Qusarda ağır yol qəzası: Ölən və yaralanan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qusar rayonunda avtomobil qəzası baş verib.

Sfera.az  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əvəcuq kəndində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər – 1993-cü il təvəllüdlü Kamil Tofik oğlu Ədilxanov ölüb. Eyni zamanda rayon sakini – 1995-ci il təvəllüdlü Tural Tərlan oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

K.Ədilxanovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR