Sumqayıtda yataqxanada yanğın oldu - Fotolar

Sumqayıtda yataqxanada yanğın oldu - Fotolar

Sumqayıtda yataqxanada yanğın olub.

 

Sfera.az xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində 1 saylı yataqxanada olub.

 

Belə ki, yataqxananın birinci mərtəbəsində Sima Muxtarovaya məxsus 1 otaqlı mənzildə yanğın olub. Hadisə zamanı mənzilin dəhlizinin yanar konstruksiyaları və geyim əşyaları yanıb. Mənzil sahibi xilas edilib, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

 

Yanğının baş vermə səbəbləri araşdırılır.

 

/APA


OXŞAR XƏBƏRLƏR