Logo

“Qarabağ”dan polisə MÜRACİƏT: "Qarşısını alın!"

“Qarabağ”dan polisə MÜRACİƏT: "Qarşısını alın!"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ” futbol klubu dövlət qeydiyyatına alınmış əmtəə nişanlarından qanunsuz istifadə halları ilə bağlı polisə müraciət edib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı klubun direktoru Emrah İşık Çelikel ərizə ilə Suraxanı Rayon Polis İdarəsinə noyabrın 11-də müraciət ünvanlayıb. Şikayət ərizəsində bildirilib ki, “Qarabağ” klubunun rəsmi dövlət qeydiyyatına alınmış əmtəə nişanlarının əks olunduğu formalar sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən satışa çıxarılır.

Klub həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və qanunsuz satışların qarşısının alınmasını xahiş edib.

Müraciətlə bağlı araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR