Füzulidə evdə PARTLAYIŞ: 2 nəfər xəsarət aldı

Füzulidə evdə PARTLAYIŞ: 2 nəfər xəsarət aldı

Füzuli rayonunun Arayatlı kəndində ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb.

 

Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


OXŞAR XƏBƏRLƏR