Türkiyə vətəndaşını Gəncədə maşın vurdu
Kateqoriya məlum deyil
Gəncə şəhərində piyadanı maşın vurub.
Sfera.az xəbər verir ki, Gəncə şəhərində Türkiyə Respublikasının 2008-ci il təvəllüdlü vətəndaşı Z.İlknuru dövlət qeydiyyat nömrəsi və sürücünün kimliyi hələlik istintaqa məlum olmayan avtomobil vurub. Nəticədə kəllə-beyin travması alan piyada xəstəxanaya müraciət edib.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)






