Atası şəhid oğlunun qayınatasını niyə öldürdü? – Qandonduran QƏTLİN DETALLARI

Atası şəhid oğlunun qayınatasını niyə öldürdü? – Qandonduran QƏTLİN DETALLARI

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda qudasını maşınla vuraraq öldürən 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevə hökm oxunub.

 

Məhkəmədə dəhşətli qətlin təfərrüatları ortaya çıxıb. Sfera.az təfərrüatları təqdim edir:  

 

“Ayağın evimizə düşmədi...”

 

Tünzalə Qasımova Vətən Müharibəsində şəhid olmuş həyat yoldaşı Vüsal Nağıyevlə 2012-ci ildə ailə həyatı qurub. Onlar evləndikdən sonra Vüsalın ata evində yaşamağa başlayıblar. Onların Əmiraslan və Əmirxan adlı övladları dünyaya gəlib. Evliliklərindən bir il sonra qaynı Arzumanın ağacdan yıxılaraq vəfat etməsi nəticəsində gəlinin Vüsalın valideynləri ilə münasibəti korlanıb.

 

Qayınanası Cəmilə təzə gəlininin ayağının onlara düşmədiyini, oğlunun bu səbəbdən öldüyünü düşünməyə başlayıb. Beləcə onlar Vüsalın ata evindən ayrılaraq övladları ilə birgə Goranboyda hazırda şəhid Vüsal Nağıyevin adını daşıyan küçədəki evdə yaşamağa başlayıblar.

 

8800 manat və “Hundai Santafe” tələbi

 

Vüsal Nağıyev 2020-ci ilin oktyabrın 30-da Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olduqdan sonra Tünzalə həmin evdə uşaqları ilə birlikdə yaşamağa davam edib.

 

Məhkəmədə dindirilən Tünzalə Qasımova bildirib ki, qayınatası və qayınanası ərinin ölümündən sonra dövlət tərəfindən şəhidliyə görə verilmiş 8800 manatı və Vüsal Nağıyevin sürdüyü “Hundai Santafe” markalı avtomobilin satışından əldə olunmuş 17000 manat pulu istəyiblər.

 

2021-ci ilin iyul ayında isə qaynanası Cəmilə Tünzalənin atası Fərrux Qasımovun evinə gələrək ondan Vüsalın adına bulaq tikdiklərinə görə 8800 manat pul verməsini tələb edib. Tünzalə cavabında “usta tutsun, bulağın tikintisinə nə qədər pul lazım olsa, mən verəcəm”,-deyə bildirib. Cəmilə bu təkliflə razılaşmayıb və tərəflər arasında mübahisə yaranıb.

 

“Sən kimsən ki, oğluma plakat qoyursan?”

 

Bu mübahisədən bir qədər sonra isə Tünzalənin övladları atalarının fotoşəklinin yaşadıqları küçədə vurulmasını istəyiblər. Tünzalə isə qayınatası Əmiraslanla danışmadığından atası Fərrux Qasımovdan Vüsal Nağıyevin adına olan küçədə Vüsalın portreti olan plakatı quraşdırmasını istəyib. Fərrux plakatın quraşdırılmasına başlayıb, bu isə Əmiraslanın kəskin etirazına səbəb olub.

 

2021-ci il 22 sentyabr tarixində Fərrux qızı və nəvələrini məktəbə apardıqdan sonra plakatı quraşdırmağa başlayıb. Bu zaman qudası Əmiraslan “Niva” markalı avtomobili ilə Fərruxun yanına gəlib və mübahisə düşüb. Əmiraslan ona ”oğlumun plakatına ehtiyac olarsa, bunu özüm edərəm. Sənin buna haqqın çatmır” deyib. Mübahisə əsnasında Əmiraslan Fərruxun sifətinə iki dəfə yumruq zərbəsi endirib. Bundan sonra o, maşınına əyləşərək avtomobili yüksək sürətlə Fərruxun üzərinə sürüb və onu vurub. Fərrux zərbənin təsirindən havaya qalxaraq yerə çırpılıb və yerindəcə dünyasını dəyişib.

 

Və cəza...

 

Məhkəmənin hökmü ilə Əmiraslan Nağıyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Nəzrin

 


OXŞAR XƏBƏRLƏR

Ad günündə ölən Çimnaz Sultanovanın illər öncəki MÜSAHİBƏSİ - "Qəbirdən çıxış yoxdur"

Sfera.az bu gün, doğum günündə bağırsaq xərçəngindən dünyasını dəyişmiş aktrisa Çimnaz Sultanovanın 2022-ci ildə kulis.az-a verdiyi müsahibəni təqdim edir. &...

Qəzza ilə bağlı razılaşmanın detalları bəlli oldu

HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə m...

Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı

Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.   Sfera.az&nb...

Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.   Sfera.az "Report"a istinadən məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin...

Virus şagirdlərin dərsə davamiyyətinə təsir edib?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi son vaxtlar uşaqlar arasında kəskin respirator virus infeksiyalarına yoluxma ilə əlaqədar təhsil müəssisələri...

Rusiya İstintaq Komitəsi Aktau qəzası ilə bağlı ekspertiza təyin etdi

Rusiyanın İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-nin reysinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertiz...