“Dedi, sənə üzmək öyrədəcəm, sinəmdən sıxdı...” – Ögey ata həbs edildi

“Dedi, sənə üzmək öyrədəcəm, sinəmdən sıxdı...” – Ögey ata həbs edildi

Xəzər rayon məhkəməsində yetkinlik yaşına çatmayan 2005-ci il təvəllüdlü ögey qızına qarşı əxlaqsız hərəkətlər edən 1985-ci il təvəllüdlü Samir Əliyevə (ad və soyad şərtidir) hökm oxunub.

 

Sfera.az xəbər verir ki, məhkəmə predmetinə çevrilmiş hadisə 2021-ci ilin iyul ayının əvvəllərində baş verib.  Araşdırmalar zamanı məlum olub ki, zərərçəkmiş şəxs Gunel Qurbanovanın (ad və soyad şərtidir) anası Mənsurə Samirlə o, körpə olarkən ailə həyatı qurub. Günel onu atası bilib, ona “ata” deyə müraciət edib.

 

2021-ci ilin iyul ayının əvvəllərində Samir ailəvi getdikləri Zirə qəsəbəsi ərazisində yerləşən çimərlikdə Günelə üzmək öyrətməyi təklif edib. Bu zaman o, əlləri ilə Günelin sinəsini sıxaraq əxlaqsız hərəkətlər edib. O, oxşar hərəkətləri avqust ayına qədər müxtəlif vaxtlarda təkrarlayıb.

 

Məhkəmənin hökmü ilə Samir Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Nəzrin Cavadzadə,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...