Logo

Yevlaxda yol qəzası CAN ALDI - 2 yaralı

Yevlaxda yol qəzası CAN ALDI - 2 yaralı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yevlax rayonu Malbinəsi kənd yolunun 1-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, ötən gün sürücü 1988-ci il təvəllüdlü Məhərrəmov Pərvin Çərkəz oğlunun idarə etdiyi “VAZ 2106” markalı 66-BN-319 dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü 1980-ci il təvəllüdlü Səfərov Samir Tofiq oğlunun idarə etdiyi “Nissan Maxima” markalı 10-NX-244 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Hadisə zamanı “VAZ-2106” markalı avtomobildə olan sərnişin 1966-cı il təvəllüdlü Məhərrəmova Həqiqət hadisə yerində vəfat edib. Avtomobildə olan digər sərnişinlər, 1969-cu il təvəllüdlü Cabbarov Nizami və 1971-ci il təvəllüdlü Əlizadə Nəzakət isə müxtəlif bədən xəasərətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Nəzrin Cavadzadə,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR