“Qış parkı”nda sevgilisi ilə əyləşən oğlandan pul aldılar - “Camaatın anası-bacısı var”

“Qış parkı”nda sevgilisi ilə əyləşən oğlandan pul aldılar - “Camaatın anası-bacısı var”

Bakıda parkda sevgililərin səmimi münasibətinə müdaxilə edən gənclər məhkəməlik olub.

 

Sfera.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Səxavət Quliyev (soyad şərtidir) və Nicat Məmmədova (soyad şərtidir) hökm oxunub.

 

Hökmə əsasən, hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

2022-ci ilin aprelin 17-də baş verən hadisənin təfərrüatına gəlincə, Həbib adlı gənc Qış parkında sevgilisi ilə əyləşən zaman Səxavətlə Nicat onu öz yanına çağırıb. Bu zaman dostlar ondan niyə qızla skamyada səmimi oturduğunu soruşub və onun bu davranışının ətrafda olan insanlara narahatlıq yaratdığını bildirib.

 

“Camaatın anası-bacısı olan yerdə, eləcə də Ramazan ayında belə hərəkət etmək olmaz” deyə dostlar Həbibə irad tutublar. Bu zaman isə Həbib onlardan üzr istəyib. Nicat isə cavab olaraq “pul verdiyin halda üzrxahlığını qəbul edə bilərik” deyib.

 

Skamyanın üzərində bıçağı görən və iki nəfərlə baş edə bilməyəcəyinin fərqinə varan Həbib, üzərində olan 240 manatı onlara verib. Lakin Həbibin pul qabında bank kartının da olduğunu görən Səxavətlə Nicat ondan yenə əl çəkməyib və kartda olan pulu da onlara verməsini istəyib. Həbib kartda cəmi 50 manat qaldığını desə də, onlar bankomata yaxınlaşan zaman məbləğin 130 manat olduğunu görüblər və Həbibə Səxavətlə Nicatı aldatdığının görə daha 50 manat “cərimə” kəsiblər. Adıçəkilən şəxslər pulu bankomatdan çıxardıqdan sonra dostların tanışının işlədiyi dönərxanada dönər yeməyə gediblər. Bu zaman Həbib dostuna zəng edərək dönərçinin kartına 50 manat atmasını istəyib. Pulun gəldiyini gördükdən sonra Nicatla Səxavət ondan əl çəkib.

 

470 manat ziyana düşən zərərçəkən şəxs isə oradan uzaqlaşdıqdan sonra polisə məlumat verib. Şikayətdən sonra təqsirləndirilən şəxslər Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...