Logo

Naxçıvan – Bakı reysi ilə uçan təyyarədə nə baş verib? - Oksigen maskaları açıldı

Naxçıvan – Bakı reysi ilə uçan təyyarədə nə baş verib? - Oksigen maskaları açıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Naxçıvan – Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb.

Sfera.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Təyyarə yerli vaxtla saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR