Laçında minaya düşən şəxslərin kimliyi AÇIQLANDI

Laçında minaya düşən şəxslərin kimliyi AÇIQLANDI

Laçında iki nəfər minaya düşüb.

 

Sfera.az-ın məlumatına görə, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.

 

Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal polis əməkdaşkarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb. Hazırda onların müalicəsi davam etdirilir.

 

Fakt Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya təsdiq edilib.

 

Qeyd edək ki, minaya düşən hər iki şəxsin elə əslən Laçının Suaarası kəndindən olduğu bildirilir.

 

***

 

Laçın rayon prokurorluğu kənd ərazisində minaya düşən şəxslərlə bağlı açıqlama yayıb.

 

Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində iki nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

 

Hazırda faktla bağlında araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Prezident bu fərmanda dəyişiklik etdi

Prezident İlham Əliyev "Feldyeger rabitəsi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib, bu qanunun tətbiqi ilə bağlı 4 avqust 20...

Sosial şəbəkədə kiberdələduzluq edən 2 nəfər saxlanılıb - DİN

Bakıda sosial şəbəkə vasitəsilə kiberdələduzluq edən 2 nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmə...

5 May - Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür

5 may - Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür.   Sfera.az xəbər verir ki, 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may tarixi Əli...

Dünya Məktəbinin şagirdlərindən ətraf mühitin qorunması ilə bağlı UNİKAL SƏRGİ – FOTO/VİDEO

  Mayın 1-də Bakıda Beynəlxalq Bakalavriat proqramı ilə fəaliyyət göstərən Dünya Məktəbində xüsusi tədbir baş tutub.    Sfera.az xə...

Leyla Əliyevanın dəstəyi ilə qazimizin gözləri əməliyyat olundu - VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda hər iki gözünü itirmiş Kamran Baxışlıya implant gözlər yer...

"Yatağımın yanında bir Quran var" - Amerikalı məşhur aktyor

“You” serialının ulduzu, məşhur amerikalı aktyor Penn Badqley verdiyi son müsahibədə səsləndirdiyi sözlərə görə gündəmə gəlib. Aktyor gündəlik həyat...