Gəncədə 14 yaşlı qız dəm qazından zəhərləndi
Kateqoriya məlum deyil
Gəncədə azyaşlı qız zəhərlənib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Aysel Süleymanova yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.
14 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.






