Logo

Rusiyada üç azərbaycanlı güllələndi

Rusiyada üç azərbaycanlı güllələndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada üç Azərbaycan vətəndaşı güllələnib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə mr7.ru saytı məlumat yayıb.
 
Hadisə sentyabrın 18-də səhər saatlarında Leninqrad vilayətinin Qatçina şəhərində yerləşən barların birində baş verib.
 
Mübahisə zəminində baş verən insident zamanı barın müştərilərindən biri 20, 22 və 27 yaşlı Azərbaycan vətəndaşlarına atəş açıb.
 
Nəticədə onlar bədənin müxtəlif yerlərindən güllə yaraları alıblar.
 
Yaralı həmyerlilərimiz özləri xəstəxanaya gediblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
 
Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR