Bakı Bulvarında uşaq attraksiondan yıxıldı
Hadisə
22:09 / 16.09.2016
2340
Bakı Bulvarında azyaşlı uşaq təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün atraksiondan yıxılıb.
Hadisə şahidlərinin Sfera.az-a verdiyi məlumata görə, attraksiondan yıxılan uşaq xəstəxanaya çatdırılıb. Baş nahiyyəsindən xəsarət alan uşağın vəziyyəti yaxşıdır.
Şahidlərin verdiyi məlumata görə, anası ilə Dənizkənarı Milli Parka gələn 2001-ci il təvəllüdlü Məmmədəli Quliyev karuseldə olarkən bir neçə metr yüksəklikdən yerə düşüb. Uşağın yıxılmasının səbəbi kimi təhlükəsizlik kəmərinin bağlanmaması göstərilir.
Uşağın anası Firuzə Şahməmmədova attraksionda çalışanların məsuliyyətsizliyə yol verdiklərini və buna görə də polisə müraciət edəcəyini bildirib.
Musavat.com //
Sfera.az