Logo

Xaçmazda avtomobil ağaclara çırpıldı - Bir neçə nəfər xəsarət aldı

Xaçmazda avtomobil ağaclara çırpıldı - Bir neçə nəfər xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xaçmaz-Xudat magistral yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, Xaçmazın Nərəcan kəndində “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaclara çırpılıb.

Qəza zamanı sərnişinlər – 1992-ci il təvəllüdlü Günel Rafiq qızı Fərəcova, 2000-ci il təvəlludlü Milana Ceyhun qızı Axundova və 2003-cü il təvəllüdlü Aysu Ceyhun qızı Nuriyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR