Bakıda kişi futbol oynayarkən öldü

Hadisə
23:20 / 01.10.2022
37034
Bakıda futbol oyunu zamanı ölüm hadisəsi baş verib.
Sfera.az Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən "Sərhədçi” İdman Kompleksində olub.
Orada futbol oynayan paytaxt sakini, 34 yaşlı Nurlan Bağıyev qəfil ölüb. Onun ürəktutmasından öldüyü bildirilir.
Faktla Xətai rayon prokurorluğu tərəfindən araşdırma aparılır.