Novxanıda oteldəki yanğın söndürüldü - YENİLƏNDİ

Abşeronda hoteldə yanğın olub.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən FHN-in yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının "Spring" Hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.
Yanğından mühafizə qüvvələrinon operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb. Yanğın söndürülüb.